AZ

Kababçıda yoxlamalar aparıldı- CİDDİ NÖQSANLAR VAR

Ajans.az xəbər verir ki, bununla bağlı Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması halları aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, məhsulların çirklənmədən qorunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, ayrıca yuma çanaqlarının təşkil edilmədiyi məlum olub. Həmçinin divar və tavan səthlərinin tamlığının pozulduğu, istifadə olunan suyun filtrasiya edilmədiyi, məhsulların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi və mal qonşuluğu prinsipinə riayət olunmadığı müəyyən edilib.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi dayandırılıb.

Seçilən
18
5
Ajans.az

7Mənbələr