AZ

Bank kartından oğurluq edən şəxs SAXLANILDI

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib. Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
4
Ajans.az

8Mənbələr