AZ

Professor: Qrip vaksini tam qorumasa da, həyatınızı xilas edə bilər

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

 “Peyvənd insan həyatının xilası üçün hesablanıb”

Professor Adil Qeybulla: “Polio, qızılca və göy öskürək peyvənd sayəsində yoxa çıxdı”

Qrip yayılıb, titrətmə, qızdırma, boğaz, qulaq, əzələ ağrısı ilə müşayət olunur. N üzücü tərəfi də budur ki, bir neçə gün sonra əlmətlərdən xilas olan insan sağaldığını zənn edir, amma az keçməmiş xəstəlik yenidən baş qaldırır.

Səhiyyə nazirliyi vətəndaşları qripə qarşı peyvənd olunmağa çaqırıb. Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bu barədə danışıb. T.Eyvazov bildirib ki, adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir:

“Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”. Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”. Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında peyvəndin vacib olduğunu dedi: 

- Peyvənd bu gün elmin bəşəriyyətə insanlığa verdiyi ən böyük töhfədir. Təsadüfi deyil ki Ümumdünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən ən ağır 10 amildən biri kimi məhz anti-peyvənd kampaniyası göstərilir. Təəssüf ki bu, mövcuddur. Biz Covid-19 pandemiyası zamanı bunu müşahidə etdik. Bəziləri təsir altına düşərək, bəziləri cahillikdən, mahiyyətə varmamaqdan, bu anti-peyvənd kampaniyasına qoşulur, bundan qaçırlar. Vaxtilə milyonlarla insan tələfatına səbəb olan, 4 karantin infeksiyadan biri olan təbii çiçək xəstəliyinin kökü məhz peyvəndlənmə nəticəsində kəsildi. Uşaqlar arasında kütləvi tələfata, əlil olmağa gətirib çıxaran polioemelit, qızılca, göy öskürək, difteriya və digər xəstəliklər peyvəndləmə nəticəsində yoxa çıxıb. Bunların qarşısı vaksinasiya nəticəsində alınıb. Ona görə də tövsiyələrə əməl etmək, peyvəndləməyə isti yanaşmaq lazımdır. Hesab edirəm ki qrip vaksininə qarşı da həmçinin. Düzdür, qrip peyvəndi yoluxmadan birmənalı, tamamilə qorumur. Amma insan peyvənd olunubsa, yoluxduqda xəstəlik daha yüngül keçir, immunsistem güclü olur. Peyvəndlər orqanizmi infeksiyadan qorunmaq üçün hazır vəziyyətə gətirir. Peyvənd məsələsində diqqətli olmaq lazımdır. Ən azından nəzərə almalıyıq ki, bu, insan həyatının xilası üçün hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
sherg.az

10Mənbələr