AZ

Lotereyada 1 milyard 800 milyon dollar uddu –Rekord uduş

ABŞ-da bir nəfər lotereyada rekord miqdarrda pul udub. 

AzPost “Forbes”-ə istinadən bildirir ki, Arkanzas ştatının sakini 1,817 milyard dollarlıq Powerball cekpotunu qazanıb. Lotereya rəsmiləri bildiriblər ki, bu, ABŞ lotereya tarixində ikinci ən böyük cekpot və bu ilin ən böyük Powerball mükafatıdır.

Qalib bütün 1,817 milyard dolları 30 il ərzində götürmək, və ya 834,9 milyon dollarlıq birdəfəlik ödəniş etmək arasında seçim edə bilər (hər iki məbləğ vergilərdən əvvəldir).

Forbes-ə görə, qalib birdəfəlik ödənişi seçərsə, 24% federal vergi dərəcəsi çıxıldıqdan sonra uduş 634,5 milyon dollar olacaq. Qalib birdəfəlik ödənişi seçərsə, 37% marjinal federal vergi dərəcəsi tətbiq edildikdən sonra illik ödəniş təxminən 38,1 milyon dollara endiriləcək.

Nəşrin qeyd etdiyi kimi, Arkanzas lotereya uduşlarının vergiyə cəlb olunduğu ştatlardan biridir: qalib uduşlarının 5,9%-ni ştata ödəməli olacaq.

Powerball lotereya biletinin qiyməti 2 dollardır. Biletlər 45 ştatda, eləcə də Kolumbiya dairəsində, Puerto Rikoda və ABŞ Virgin adalarında satılır. Lotereyanın veb saytına görə, uduş şansı 24.9-da 1, cekpotu udmaq şansı isə 292.2 milyonda 1-dir.

AzPost.az

Seçilən
45
8
azpost.info

10Mənbələr