AZ

Pərvanə Vəliyeva növbəti dəfə seçicisi ilə görüşüb -Fotolar



25 dekabr 2025-ci il tarixində deputat Pərvanə Vəliyeva Milli Məclisdə təmsil etdiyi Bakı şəhəri Xətai rayonunun 35 saylı ərazi seçki dairəsi üzrə bir qrup seçicisi ilə 56 saylı tam orta məktəbdə görüş keçirib. Görüş zamanı sakinlər təhsil, məişət, kommunal, nəqliyyat və infrastrukturla əlaqəli məsələlər qaldırıblar. Müraciətlərin hər biri qeydiyyata alınmış və qaldırılan məsələlərlə bağlı vətəndaşlara hüquqi məsləhətlər verilmişdir.

Deputat həmçinin göstərilən problemlərin həlli istiqamətində sakinlərə dəstək olacağını və qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlara müraciətlər ünvanlayacağını vurğulayıb.

P.Vəliyeva göstərdikləri etimada görə seçicilərə bir daha təşəkkürünü bildirmiş və icmalarda səyyar görüşlərini davamlı olaraq həyata keçirəcəyini qeyd etmişdir.



Seçilən
29
aia.az

1Mənbələr