Bakı Ağır Cinayətlər Məhkəməsinə 4 yeni hakim təyin edilib.
KONKRET.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Aslanov, Firdovsi Əliyev, Kamil Əliyev və Aygün Qurbanova təyinat alıblar.
Fotoda: Aygün Qurbanova

K.Əliyev və A.Qurbanova bir müddət idi eyni məhkəməyə ezam edilmişdilər.
Fotoda: Kamil Əliyev

Yeni hakim Firdovsi Əliyev isə indiyədək Masallı Rayon Məhkəməsinin sədri idi. Bundan sonra isə Bakıda hakim kimi işləyəcək.