ABŞ-nin Texas ştatında iki nəfər oğurladıqları bankomatı cinayət yerindən qaçarkən itiriblər.
Bizim.Media xəbər verir ki, hadisə dekabrın 24-nə keçən gecə yanacaqdoldurma məntəqəsində yerləşən mağazada baş verib.
Oğrulardan biri bankomata metal tros bağlayıb, digəri isə ikinci cəhddə onu avtomobillə mağazadan çıxarıb. Daha sonra polis quldurların qaçdığı yolun kənarında seyfi ilə birlikdə bankomatı aşkar edib.
Bundan əlavə məlum olub ki, onların istifadə etdiyi avtomobil daha əvvəl Dallasda oğurlanıb.
Mağazanın satıcısı və hadisənin şahidi xəsarət almayıb.
Oğruların saxlanılması barədə hələlik məlumat verilməyib.
Bizim.Media