AZ

Sakinlərinə qovuşan şəhərlərimiz sırasına Ağdam da daxil oldu - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyevin sevincli günlərini xalqı ilə bölüşməsiqürurverici məqamlardandır. Dövlət başçısının doğum günlərindəşəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habeləyeni salınmış köçkün qəsəbələrində insanlarla görüşməsi buinsanların yaddaşında əbədi həkk olunub. 50 illiyini məcburiköçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev 60illik yubileyini də Qarabağda - Şuşada keçirdi. 2022-ci ilin 24dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasınıninzibati binasında yaradılan şəraitlə tanış olaraq bu əzəlitorpaqlarımızadan olan bir qrup ziyalı ilə görüşmüşdü. Dövlətbaşçısı İlham Əliyev 2023-cü ildə doğum günündə Ağdama səfəredərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştiraketdi və təməlini qoydu.

Bu il isə dövlət başçısı İlham Əliyev azad edilmiş ərazilərimizəsəfərləri çərçivəsində yenidən Xankəndidə, Xocalıda və Ağdamdaoldu, bu torpaqlarda görülən işlərlə tanış olaraq mühüm sosialobyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi.Belə ki, dövlətimizin başçısı Xankəndi şəhərinin Kərkicahanqəsəbəsində oldu. Təmir işlərinə bu ilin may ayında başlanılmışqəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Builin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdətutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkinmərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqətiməskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-babayurdlarına qayıdıb. Prezident İlham Əliyev səfər çərçivəsindəXankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsininbinasının təməlini qoydu, Biznes və iqtisadiyyat fakültəsinin yeniinşa olunmuş binasının açılışında iştirak etdi. Prezident İlhamƏliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndişəhərində Zəfər parkının açılışında iştirak etdilər.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Xankəndi şəhərininKərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşən Prezidentİlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda soydaşlarımızınyavaş-yavaş öz dədə-baba torpaqlarına qayıtdıqlarını önə çəkərək“Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icraedilən qayıdış proqramıdır” söylədi. Dövlət başçısı işğaldan azadedilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündənbu tapşırığı verdi ki, burada keçmiş məcburi köçkünlərin yüksəksəviyyədə yaşayışı üçün bütün zəruri işlər görülməli, lazımı şəraityaradılmalıdır. Onlar uzun illər çətin şəraitdə, həm fiziki, həm dəmənəvi əzablar içində yaşamıslar. Prezident İlham Əliyev Kərkicahansakinləri ilə görüşündə də bu məqamları xüsusi qeyd edərək bildirdiki, artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahanaqayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımızüçün. Artıq burada həyat yenidən qurulur.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Qarabağımız və ŞərqiZəngəzurumuz dünyaya dirçəlişin təkmil modelini təqdim etməkləyanaşı, Azərbaycanın iqtisadi imkanlarının da göstəricisidir. Sonbeş ildə 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin sakinlərinəqovuşması görülən bərpa-quruculuq işlərinin miqyası barədə aydıntəsəvvür yaradır. Dövlət başçısının doğum günündə Birinci xanımMehriban Əliyeva ilə birlikdə Ağdam şəhərində 2-ci yaşayışkompleksinin açılışında iştirak etmələri və buraya köçən sakinlərləgörüşmələri hər birimizi daha da qürurlandırdı. Prezident İlhamƏliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirdi ki, bugün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi birgündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinəqayıdırlar. Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizinbaşçısı bildirdi: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız,əmin-amanlıq şəraitində yaşayacaqsınız”.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev azadedilmiş ərazilərə səfərləri zamanı buraya köçən sakinlərləgörüşündə daim tarixi Zəfərimizə, suverenliyimizin bərpasına gedənyoldan geniş bəhs edir. Prezident İlham Əliyev Ağdam şəhərində 2-ciyaşayış kompleksinin açılışı mərasimində qeyd etdi ki, işğaldövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb. Yəni, şəhərErmənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu,Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olandüşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi.Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-birsökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistanərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bubölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silməkistəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki,artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxtburaya qayıtmaq haqqında düşünməsinlər.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz,kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyükzərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimizdağıdılaraq vandalizmə məruz qalmışdır. Keçmiş işğal dövründətorpaqlarımızın ekologiyasına da böyük zərər vurulmuşdur. XüsusiləKəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvisurətdə qırılması prosesi həyata keçirilib. Avropada ərazisinə görəikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub. ErmənistanZəngilandakı və başqa rayonlardakı qızıl və digər qiymətli metallaryataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay daErmənistanın ekoloji terroruna məruz qalmışdır. Gələcəkdə buərazilərdə yaşayışa imkan verməmək üçün torpaqların kütləvi şəkildəminalanması böyük cinayətdir. İkinci Qarabağ müharibəsindən sonramina qurbanlarının sayı 400-ü keçib. Ermənistanın mina iləçirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdəndavamlı şəkildə imtina etməsi, bu ərazilərdə yaşayan mülki şəxslərvə digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalqictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssizqalmamalıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, keçmiş işğal dövründə münaqişə iləməşğul olan beynəlxalq strukturlar Ermənistan dövləti ilə, işğalçı,talançı dövlətlə həmrəy idilər. Artıq fəaliyyətinə son qoyulmuş vətarixin arxivinə atılmış uğursuz ATƏT-in Minsk qrupunun yarıtmaz vəanti-Azərbaycan fəaliyyətini yaxşı xatırlayırıq. Bu qrupun və onunhəmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, işğalı əbədietmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını vədövlətini işğalla barışdırmaq olub. Keçmiş işğal dövründəErmənistana müxtəlif yollarla maliyyə yardımı edilir, maliyyəmarafonları keçirilir, silah-sursat verilirdi. Azərbaycanın vaxtiləişğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin xidmətgöstərdiyi hamıya bəlli olsa da, buna görə Ermənistana qarşı heçbir tədbir həyata keçirilmədi, işğalçıya qarşı heç bir sanksiyatətbiq olunmadı.

Ermənistan və onu müdafiə edən qüvvələrin arzusu ürəklərindəqaldı. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdı. Azərbaycanbütün sahələrdə gücləndi, qüdrətləndi, keçmiş münaqişənin həlliməqsədilə möhkəm hüquqi baza yaradıldı. Dövlət başçısı ən yüksəkbeynəlxalq tribunalardan bəyan etdi ki, bizim imitasiya naminədanışıqlar aparmaq fikrimiz yoxdur. Sülh danışıqları səmərəverməyəcəyi təqdirdə hərb yolu istisna edilmir. Müzəffər Ali BaşKomandanın bu bəyanatı sözsüz ki, dövlətimizin qüdrətinə, ordumuzungücünə, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinəsöykənən siyasətimizə əsaslanırdı. Otuz ilin işğalına 44 günlükVətən müharibəsində tarixi Qələbəmizlə son qoyduq. Dövlətimizinbaşçısının qeyd etdiyi kimi bu gün bizim güclü iradəmiz, siyasiaddımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamiləyeni mənzərəni ortaya qoyur: “Ancaq yenə də deyə bilərəm ki, bizimiradəmizin qarşısında heç kim dura bilməz”.

Millət vəkili bildirib ki, bu gün azad olunmuş ərazilərimizdirçəlir, gülüstana çevrilir. Amma biz bu tarixi heç vaxtunutmamalıyıq. Dövlətimizin başcısı qeyd etdi ki, o acı günləriyaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsilunutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillərunutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm aliməktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlıZəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlikiçində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.

Prezident İlham Əliyevin bu çağırışına söykənərək deyə bilərikki, Bakıda salınan Zəfər parkı, Gəncə Memorial Kompleksi, Xankəndişəhərində Zəfər parkının yaradılması Azərbaycan xalqının tarixiədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrundagöstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətənmüharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirməklə yanaşıgələcək nəsillərin erməni faşizminin qanlı əməlləri barədə əsaslıməlumatları əldə etmələrinə dəstək olacaq.

Məqalədə:
Seçilən
11
6
az.trend.az

7Mənbələr