AZ

“ACWA Power” şirkətinin təsisçisi İlham Əliyevi təbrikETDİ

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

“ACWA Power” şirkətinin Direktorlar Şurası və bütün kollektivi adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu əlamətdar gün Azərbaycan Respublikasına inkişafın bütün sahələrində nailiyyətlər qazandıran uzaqgörən liderliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır.

Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi altında Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş və möhkəmləndirmiş, bu da beynəlxalq ictimaiyyətdə dərin hörmət, ölkə vətəndaşlarında böyük qürur hissi yaratmışdır. Azad edilmiş ərazilərin uğurla bərpası və inteqrasiyasından tutmuş mühüm əhəmiyyətə malik regional və qlobal enerji layihələrinə qədər Azərbaycanın əldə etdiyi çox böyük nailiyyətlər Sizin uzaqgörənliyinizin və xalqınızın firavanlığına sarsılmaz sadiqliyinizin əyani sübutudur.

İqtisadi şaxələndirməyə, ardıcıl inkişafa və yaşıl keçidə davamlı diqqət yetirməyiniz firavan və sabit gələcəyin təməlini təşkil edir. COP29-a ev sahibliyi etmək şərəfi Azərbaycanın artan qlobal təsirini, davamlı və təhlükəsiz enerji mənzərəsinin formalaşdırılmasında liderliyini nümayiş etdirir.

“ACWA Power” bu mühüm prosesləri dəstəkləməkdən və öz töhfəsini verməkdən qürur duyur. Tərəfdaşlığımız vasitəsilə Zati-alinizin daha təmiz, daha təhlükəsiz enerji gələcəyi ilə bağlı təşəbbüslərinə dəstək verərək, ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirməyə sadiq qalırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı, cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına davamlı sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
54
10
redaktor.az

10Mənbələr