AZ

Münaqişənin dayandırılması və ya sülhə çatılması çətin görünür Politoloq

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Sülh planında hər tərəf üçün fərqli motivlər və strateji maraqlar var".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Ukrayna ilə ABŞ-nin birgə hazırladığı müharibənin başa çatdırılmasına dair 20 bəndlik yeni sülh planı barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, Rusiya əraziləri işğal etdikcə, bu əraziləri geri vermək Rusiyanın beynəlxalq nüfuzunu ciddi şəkildə zədələyə bilər:

"Eyni zamanda, Ukrayna da həmin əraziləri itirmək istəmir və geri qaytarmaq üçün müxtəlif addımlar atmağa çalışır. Lakin belə bir vəziyyətdə hər iki tərəf üçün də qələbə çalmaq çətindir. Rusiya üçün işğal etdiyi əraziləri itirmək böyük bir strateji məğlubiyyət olacaq və beynəlxalq səviyyədə ciddi nəticələr doğura bilər. Bununla yanaşı, Ukrayna da bu əraziləri geri almağa çalışır, amma Rusiyanın müqaviməti çox güclüdür və ərazinin nəzarətini bərpa etmək asan olmayacaq".

Müsahibimizin fikrincə, münaqişənin dondurulmuş vəziyyətə keçməsi daha çox ehtimal olunur:

"Bu, ərazilərin faktiki olaraq dəyişməsinə və Ukraynanın ərazisinin azalmasına səbəb ola bilər. Münaqişənin dayandırılması və ya sülhə çatılması da çətin görünür, çünki hər iki tərəf öz maraqlarını qorumağa çalışır. Hətta atəşkəs olsa belə, bu, ərazilərin geri qaytarılmasını təmin etməyəcək və münaqişə dondurulmuş vəziyyətdə qala bilər. Əslində, bu vəziyyətin nə yolla bitəcəyini proqnozlaşdırmaq çox çətindir, çünki hər iki tərəfin də çox mürəkkəb və uzunmüddətli hədəfləri və maraqları var".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
redaktor.az

2Mənbələr