AZ

Rusiyada 5 milyona yaxın Hepatit xəstəsi var



Rusiyada milyonlarla insan sirroza və qaraciyər xərçənginə səbəb ola biləcək xroniki B və C hepatitləri ilə yaşayır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Mixail Mixaylov bildirib.

Akademik bildirib ki, təxminən 1,5 milyondan 3 milyona qədər insan xroniki olaraq hepatit C, 3 milyon isə xroniki hepatit B xəstəsidir.

Onun sözlərinə görə, virus hepatiti olduqca aktual və sosial cəhətdən əhəmiyyətli bir infeksiya olaraq qalır və bəzi hallar anikterik formalarda baş verir.

Mixail Mixaylov həmçinin qeyd edib ki, hepatit xroniki hala gələ bilər və sirroza səbəb ola bilər və bəzi viruslar ilkin qaraciyər xərçənginə səbəb ola bilər.

Cavid
Seçilən
58
1
newscenter.az

2Mənbələr