Gürcüstanda 36 yaşlı Rusiya vətəndaşı Tbilisi Beynəlxalq Hava Limanında yüz minlərlə dollar dəyərində kokainlə həbs edilib. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, saxlanılan şəxsin bağlamasında qara bazarda 1 milyon laridən çox dəyərində 1 kq 200 qram kokain müsadirə edilib. Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq başlanıb. Şübhəlini 20 ilə qədər həbs cəzası gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta