AZ

Ermənistan Azərbaycana bu məhsulları satmaq istəyir

“Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır. Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər”.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni iqtisadçı Qaqik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı yerli KİV-ə müsahibəsində deyib.

Ekspert iddia edib ki, Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur:

“Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik.

Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də danışmağı zəruri hesab edirəm. Üzərində bir az da çalışsaq, logistika avadanlıqları və elektrik naqilləri də...”.

Seçilən
23
6
publika.az

7Mənbələr