AZ

“Şahdağ Qusar” sponsor tapdı, Rahid Əmirquliyev detalları açıqladı o, gedir?

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

1-ci liqa klublarından “Şahdağ Qusar”a baş sponsor tapılıb. “Football-plus.az”ın məlumatına görə, bu barədə Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev “feysbuk” sosial şəbəkəsində paylaşım edib. Belə ki, klubla “İSFA Green Life” şirkəti arasında baş sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Razılaşmaya əsasən, klubun idarə olunması da şirkətin sərəncamına verilib. Bununla belə, Rahid Əmirquliyev meydanda kapitan, meydandan kənarda prezident fəaliyyətinə davam edəcək.Anlaşmanın detalları haqda daha ətraflı bilgi almaq üçün Rahid bəylə əlaqə saxladıq:

“Adı çəkilən şirkətin təsisçisi və direktoru Samir Xeyirbəyov əvvəllər də kluba maliyyə dəstəyi göstərib. Bundan sonra isə rəsmi şəkildə dəstək olacaq. Qusarlıdı. Sağ olsun, çətin vəziyyətimizdə razılaşmaya qol çəkdi. Ümid edirik ki, işlərimiz yeni ildən etibarən daha yaxşı səviyyədə olacaq. Məbləğ və müqavilənin müddəti haqda danışmaq doğru olmaz. Qarşıdakı günlərdə qış “transfer pəncərəsi” çərçivəsində futbolçu ala bilmək üçün danışıqlar aparacağıq. Heyəti gücləndirməliyik. Düzdü, çempionluq iddiası üçün gecikmişik. Lakin mövsümü bacardığımız qədər yüksək pillədə başa vurmaq istəyirik. Növbəti mövsümdən daha iddialı “Şahdağ Qusar” formalaşdıracağıq. Özüm hələ ki prezident səlahiyyətlərini daşımağa davam edəcəm. Yerimə başqasının təyin olunacağı haqda xəbərlər həqiqətəuyğun deyil”.

Xatırladaq ki, “Şahdağ Qusar” qış fasiləsinə 12 xalla 8-ci pillədə yollanıb.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
2
icma.az

3Mənbələr