Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Lima, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü ilə birgə Milad və Yeni İl bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs çərçivəsində səfirliyin nümayəndələri Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili xanım Rosangella Barbaran ilə birlikdə Lima şəhərinin Komaz rayonunda yerləşən Las Lomas de Nueva Esperanza ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına bayram münasibətilə hədiyyələr təqdim edib. Onlara bayram ab-havası yaşadılıb.
Qeyd olunan aksiya həmin rayonun yerli icra orqanları və sakinləri tərəfindən yüksək dəyərləndirilib, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Hökumətinə minnətdarlıq ifadə olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.