2021-ci ildə bədii gimnastika üzrə Braziliya çempionatında ikiqat qalib olmuş İzabel Marsinyak 18 yaşında vəfat edib.
KONKRET.az sfera.az-a istinadən bildirir ki, bu barədə məlumat Parana ştatının Gimnastika Federasiyasının Mətbuat Xidməti tərəfindən verilib.
“Globo” portalının yaydığı məlumata əsasən, gənc idmançının ölümünə səbəb limfa düyünlərini zədələyən bədxassəli şiş – Hockin limfoması olub.
Xatırladaq ki, İzabel Marsinyak 2021-ci ildə Braziliya çempionatında həm çoxnövçülük, həm də topla hərəkətlər üzrə yarışlarda qızıl medal qazanmışdı.