AZ

Amil Yunanov gələn il harada olacaq? - Qərar verildi

Hücumçu Amil Yunanovun aqibətinin necə olacağına aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şəfa"da ümudləri doğrultmayan 32 yaşlı forvard komandanın baş məşqçisi Elgiz Kərəmlinin gələcək planlarına daxil deyil.

1-ci Liqa təmsilçisində oynamayan Yunanovla əməkdaşlığa gələn ay son qoyulması planlaşdırılıb.

Əvvəlki formasından çox uzaq düşən ön xətt oyunçusunun karyerasını harada davam etdirəcəyinə gəlincə, onun xidmətində 2 1-ci Liqa klubu maraqlıdır.

Qeyd edək ki, hazırda 30 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlinin lideridir. 

Nihat

Seçilən
22
1
fanat.az

2Mənbələr