AZ

Kobaxidzedən Aİ-yə MESAJ

"Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərdə maraqlı olmalıdır".

Publika.az xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” televiziya kanalına müsahibəsində çıxış edib.

“Obyektiv olaraq Aİ-nin maraqlarına Gürcüstanla sağlam münasibətlərin bərpası daxildir. Əgər bu baş vermirsə, məntiqi nəticə olaraq demək olar ki, Avropa bürokratiyası suveren şəkildə hərəkət etmir, Aİ-nin və Avropa cəmiyyətinin maraqlarına uyğun davranmır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropanı Mərkəzi Asiya ilə bağlaya bilən yeganə ölkədir. Siyasətçi vurğulayıb ki, Aİ hazırda yeni bazarlara çıxışa xüsusilə ehtiyac duyur.

Seçilən
47
publika.az

1Mənbələr