AZ

ABŞ-də 400 min dollarlıq lobster oğurlandı

BAKI, 26 dekabr. TELEQRAF

ABŞ-də "Costco" mağazaları üçün nəzərdə tutulan, dəyəri təxminən 400 min dollar olan canlı lobster partiyası oğurlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb.

Logistika şirkəti "Rexing Companies"nin baş direktoru Dilan Reksinq bildirib ki, Massaçusets ştatının Taunton şəhərindən İllinoys və Minnesota ştatlarındakı "Costco" mağazalarına göndərilən yük təyinat nöqtəsinə çatmayıb. Onun sözlərinə görə, oğurluq mütəşəkkil dəstə tərəfindən törədilmiş ola bilər.

Hadisə ilə bağlı FBI araşdırmaya başlayıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr