Bakı. Trend:
Şimali Koreyanın Dövlət Şurasının sədri Kim Çen In 2026-cı iləqədər sursat və raket istehsalı planlarının artırılmasınınvacibliyini bildirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi xəbər verib.
Kim Çen In hərbi-sənaye kompleksinin obyektlərini ziyarətedərək, 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalınıngedişatını yoxlayıb. Şimali Koreya rəhbəri aparıcı müəssisələrinbeşillik planın son ili olan 2025-ci il üçün istehsal planınıuğurla yerinə yetirdiyini və bununla da ölkənin müdafiəqabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
"Yoldaş Kim Çen In dövlətin silahlı qüvvələrinin raket vəartilleriya bölmələrinin gələcək tələbatına uyğun olaraq, inkişafperspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planınınartırılmasının zəruriliyini qeyd edib", - deyə agentlik bildirib.Buna nail olmaq üçün “əlaqəli istehsal müəssisələrinin texnikibazasının gücləndirilməsi və ümumi istehsal gücününgenişləndirilməsi” lazımdır.