Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası SatNet orbitli rabitə peyklərinin 17-ci qrupunu uğurla kosmosa buraxıb.APA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti WeChat sosial şəbəkəsində məlumat yayıb.
Buraxılış cümə günü yerli vaxtla saat 07:26-da Çinin cənubundakı Haynan əyalətində yerləşən Vencan kosmodromunun kommersiya meydançasından həyata keçirilib. Start zamanı CZ-8A (“Çançjen-8A”) daşıyıcı raketindən istifadə olunub.
Qeyd olunur ki, bu buraxılış “Çançjen” raketləri seriyası üçün 620-ci missiya olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.