AZ

Ronaldodan Milad paylaşımı

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə Milad bayramı ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, izləyiciləri ilə bölüşdüyü videoda o, Corcina Rodriqes və uşaqları ilə birlikdə bayram kostyumları ilə Yeni il ağacına doğru getdiyi yer alıb. 40 yaşlı futbolçu videoya belə yazıb: “Ümid yenidən doğulur, sevgi qucaqlayır, ailə dəstək verir və işıq yol göstərir. Miladınız mübarək”.

Qeyd edək ki, qərb ölkələrində Milad 25 dekabrda qeyd olunur.

Seçilən
32
5
publika.az

6Mənbələr