AZ

"Sosialyönümlü xərclər 2026-cı ildə 17,1 milyard manata çatacaq" - QHT sədri

"Azərbaycanın dinamik inkişafı, ölkəmizin tarixinə böyük Zəfəri yazan Cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq Azərbaycan vətəndaşının sosial rifahının təmin edilməsi,sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardlcıl mühüm addımlar atılmasıdır".

QHT.az xəbər verir ki, bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin  sədri Zülfiyyə Nuriyeva bildirib. Onun sözlərinə görə, 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi reallaşdırılıb Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat ,əhatə dairəsi 4 mln nəfərdir:

"Bu islahatlar nəticəsində 2018-2025-ci illərdə minimum əməkhaqqında 3,1 dəfə,orta aylıq əməkhaqqında 2 dəfə,minimum pensiyada 3 dəfəyədək,orta pensiyada 2,6 dəf,müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə,ünvanlı sosial yardımın orta çəbləğində 2,7 dəfə,yaşayış minimumunda 65% ,ehtiyac meyarında 2,2 dəfə artım baş verib.

2026-cı il üzrə büdcə qanunları göstərir ki,ölkəmizdə sosial müdafiə xərclərində artım dinamikası gələn il də davam edəcək.Buda aparılan sosial islahatların davamlı olduğunu,əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsi dövlətin diqqət mərkəzində dayandığını bir daha təsdiq edir".

QHT sədri həmçinin bildirib ki, gələn il dövlət büdcəsində sosialyönümlü xərclər bu illə müqsyisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manata çatacaq:

"Bu son 7 ildə dövlət büdcəsindən sosialyönümlü xərclər üçün ayrılan vəsaitin həmçinin 2,2 dəfə artdığını göstərir. Sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 faiz olmasıda sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir".

Seçilən
20
qht.az

1Mənbələr