AZ

Ağdamda "Xilaskarlıq missiyasının davamçısı" mövzusunda tədbir keçirilmişdir

Ağdam Rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Xilaskarlıq missiyasının davamçısı" mövzusunda tədbir keçirilib. 

Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən  tədbirdə RİH-in başçısı Vaqif Həsənov, YAP rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarətlə başlayan tədbirdə çıxış edən Vaqif Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının Prezident İlham Əliyev tərəfindən müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilməsindən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən  bəhs etmişlər. 

Sonda YAP rayon təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə bayram sovqatı verilmiş, partiya sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir. 

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
7
1
azerbaijan-news.az

2Mənbələr