AZ

İrəvan “Zəngəzur dəhlizi”nin tikintisinə başlama tarixini açıqlayıb

Ermənistan Xarici İşlər Nazirliyi “Zəngəzur Dəhlizi”nin tikintisi ilə bağlı dəqiq vaxt çərçivəsini açıqlayıb.

Ekologiya.az xəbər verir ki, layihənin praktiki icra mərhələsi, o cümlədən tikinti işlərinə start verilməsi 2026-cı ilə planlaşdırılır.

XİN-in məlumatına görə, Ermənistan–ABŞ birgə müəssisəsi olan TRIPP Company Ermənistanda qeydiyyatdan keçiriləcək və zəruri infrastrukturun inkişafı hüququna malik olacaq. Bu çərçivədə avtomobil yollarının, neft və qaz kəmərlərinin, eləcə də optik lifli rabitə xətlərinin qurulması nəzərdə tutulur.

Nazirlik vurğulayıb ki, TRIPP layihəsi (Zəngəzur Dəhlizi) regional əlaqələrin artırılmasına yönəlmiş iri infrastruktur təşəbbüslərinin məntiqinə tam uyğundur. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi ilə eyni konseptual xətt üzərində formalaşır.

Musavat.com

Seçilən
61
ekologiya.az

1Mənbələr