AZ

“Çelsi” “Aston Villa”nın bu hücumçusu ilə maraqlanır

Yazını böyüt
Yazını kiçilt

Londonun “Çelsi” futbol klubu 2026-cı ilin yay transfer dönəmində “Aston Villa”nın hücumçusu Morqan Rocersi heyətinə qatmaq variantını nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkələrdə bildirib. O, deyib ki, futbolçu yaxın zamanda “Aston Villa” ilə yeni müqavilə imzalasa da, onun komandadan ayrılması istisna edilmir.

Bir neçə aparıcı klub Rocersin çıxışlarını diqqətlə izləyir. “Çelsi” ötən yay da oyunçu ilə maraqlanıb, lakin bu maraq rəsmi təklif mərhələsinə çatmayıb. Rocersin 2026-cı ilin yanvarında klubu tərk etməsi gözlənilmir, lakin yay transfer pəncərəsi açıldıqdan sonra müxtəlif variantların yaranacağı istisna olunmur.

Seçilən
33
1
hafta.az

2Mənbələr