Braziliyalı gimnast İzabel Marçiniak 18 yaşında dünyasını dəyişib.
Milli.Az-ın məlumatına görə, bu barədə Parana Gimnastika Federasiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, gənc idmançı bir müddətdir limfa sisteminin bədxassəli xərçəngi - Hodkin limfoması ilə mübarizə aparırdı.
Qeyd edək ki, İzabel Marçiniak 2021-ci ildə keçirilən Braziliya Çempionatında çoxnövçülük üzrə qızıl medal qazanaraq ölkə çempionu tituluna layiq görülmüşdü. O, həmin yarışda top və lentlə hərəkətlər üzrə çıxışlarında isə gümüş medallara sahib olmuşdu.
Milli.Az