AZ

Ukraynaya hansı ölkələr kontingent göndərməyə hazırdır?

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müharibə başa çatdıqdan sonra bir sıra ölkələr Ukraynaya öz sülhməramlı kontingentini göndərməyə hazırdır. Söhbət Fransa, Almaniya, Türkiyə və Böyük Britaniyadan gedir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar Rusiyanın qarşısının alınmasında iştirak etməlidir – Ukrayna bu yükü təkbaşına daşıya bilməz:

“Burada sual yaranır: bütün bunları kim maliyyələşdirəcək? Kim vahid sistemə inteqrasiya üçün orada olacaq və Rusiyanın cilovlanması proseslərini kim moderasiya edəcək? Aydın olur ki, burada bu məsələdə maraqlı olan digər ölkələrin nümayəndələri də iştirak etməlidir”.

Müşavir qeyd edib ki, məsələn, Türkiyə üçün “Qara dəniz akvatoriyasında biznesə və iqtisadiyyata problem yaradan halların təkrarının istisna edilməsi” vacibdir.

“Ümumilikdə bu müharibə Avropa məkanının tam şəkildə yenidən formatlanmasına gətirib çıxaracaq. Ukrayna maksimum dərəcədə sürətlə Avropa istiqamətində irəliləyəcək. Avropa isə bu gün yaşadıqları həyat tərzini yenidən düşünəcək. Bu həyat tərzi daha asketik, daha militarist və antirusiya yönümlü olacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
axar.az

2Mənbələr