AZ

Podolyak: Ukrayna ordusu tam şəkildə şərti “ümumavropa silahlı qüvvələri”nə inteqrasiya olunmalıdır

Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin 800 min nəfərlik tərkibdə saxlanılması bütün Avropa tərəfindən maliyyələşdirilməlidir.

“İki sahil” xəbər verir ki, o, bu fikri "Novini.LIVE"a müsahibəsində səsləndirib. Podolyakın sözlərinə görə, əsas məsələ təkcə ordunun sayında deyil, bu qədər böyük hərbi qüvvənin maliyyələşdirilməsinin kim tərəfindən həyata keçiriləcəyindədir: “Bu, çox böyük maliyyə həcmi deməkdir. Genişmiqyaslı müharibədən əvvəl biz ordunun sayını 250–300 min nəfərə çatdırırdıq”. O əlavə edib ki, paralel olaraq pilotsuz uçuş aparatları və raketlərin, xüsusilə də kiçik və orta mənzilli raketlərin kütləvi istehsalı inkişaf etdirilməlidir. Müşavir bildirib ki, 800 min nəfərlik ordu peşəkar əsasda formalaşdırılmalı, hərbçilər müqavilə bağlayaraq “kifayət qədər yaxşı maaş” qarşılığında xidmət etməlidirlər.

"Ukrayna ordusu tam şəkildə şərti “ümumavropa silahlı qüvvələri”nə inteqrasiya olunmalıdır", - Podolyak əlavə edib.

Seçilən
14
9
ikisahil.az

10Mənbələr