AZ

Qara Qarayev "Araz-Naxçıvan"a təşəkkür edib

"Araz-Naxçıvan"dan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.

Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafəçi bu barədə sosial şəbəkədəki paylaşımda bildirib.

Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə vidalaşıb:

"Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Qara Qarayevin yolların ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib

"Araz-Naxçıvan" Qara Qarayevlə yollarını ayırdı

İlin ən yaxşı qadın futbol hakimi bəlli olub

"Kəpəz" futbolçu seçimlərinə başlayır

Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"

Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM

Seçilən
77
4
apasport.az

8Mənbələr