AZ

Türkiyədə Erden Timur da daxil olmaqla 29 nəfər saxlanılıb

Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində daha 29 nəfər barəsində saxlanılma qərarı verilib.

APA NTV-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında “Qalatasaray” klubunun keçmiş rəhbərlərindən Erden Timur da var.

Futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla 29 şübhəli barədə saxlanma qərarı çıxarılıb.

Erden Timurla birlikdə 24 şübhəli artıq saxlanılıb.

Seçilən
10
10
apa.az

10Mənbələr