AZ

Lənkəranda nümunəvi davranış: Qadının səssiz zəhməti hər kəsə örnək oldu FOTO

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lənkəran şəhərinin Əli Məmmədov küçəsində yerləşən 17-ci binanın 4-cü blokunda yaşayan bir qadının nümunəvi davranışı sosial mediada maraqla qarşılanıb.

Ölkə.Az-ın xəbərinə görə, o hər gün binanın həyətini süpürür, təmizləyir, güllər əkir və ərazinin səliqəsinə xüsusi diqqət yetirir. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Lənkəran sakini bildirir ki, nə vaxt həmin binanın yanından keçirsə, bu "bibini" - qadını daim təmizliklə məşğul halda görür. Hətta o, giriş hissəsində təmizliyə çağırış xarakterli yazılar da asıb.

Sosial şəbəkə istifadəçiləri də bu paylaşımı böyük rəğbətlə qarşılayıb, belə insanların cəmiyyət üçün örnək olduğunu qeyd ediblər.

“Kaş bütün xanımlar və kişilər bu mədəniyyətdə olardılar”, “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar işığa?”, “Buradan o bibiyə çox sağ ol deyirəm. Allah sizdən razı olsun” kimi cümlələrlə həmin xanıma təşəkkürlər ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
olke.az

2Mənbələr