Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarların istifadəsinə başlanıb.
“Bakı Metropoliteni” QSC-dən Publika.az-a verilən məlumata görə, bu vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşmaq məqsədilə edilib.
Qurumdan bildirilib ki, günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.
"Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.