AZ

Real Alonsoya əvəzedici tapdı

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Real Madrid”in baş məşqçisi Xabi Alonsonu əvəz edə biləcək əsas namizədin adı bəlli olub.

"Unikal" xəbər verir ki, İspaniya Superkuboku “Real” üçün mövsümün həlledici mərhələsi ola bilər. Xabi Alonsonun gələcəyi hələ də sual altındadır və mümkün dəyişiklik halında klub daxilində ən real alternativ kimi Alvaro Arbeloanın adı ön plana çıxır.

Hazırda “Real” La Liqada turnir cədvəlində 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 4 xal geri qalır.

İspaniya Superkubokunun yarımfinalında “Real” “Atletiko” ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
unikal.az

10Mənbələr