AZ

Yalnış və uydurma cavablar: İlon Maskın çatbotu birincidir

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" adlı çatbot gözlənilmədən 2025-ci ilin dekabr ayında süni intellekt modelinin etibarlılığı üzrə aparılan araşdırmada birinci yeri tutub.

Qaynarinfo xəbər verir ki, ChatGPT və "Gemini" də reytinqin ən aşağısında yer alıb.

Araşdırmanı hazırlayan "Relum" analitik şirkəti on aparıcı çatbotun biznes tapşırıqları üçün uyğunluğunu qiymətləndirib. Daha sonra onlara etibarlılıq risk balı 0-dan 99-a qədər verilib - yüksək bal daha ciddi problemləri göstərir.

Nəticələr göstərir ki, "Grok" yalnız 8% səviyyəsində "halüsinasiya” (yəni yanlış cavablar və faktlar uyduran) edir. Müqayisə üçün, "OpenAI"ın ChatGPT-si 35%, "Google Gemini" təxminən 40% səviyyəsində yanlış cavab verir. "Microsoft Copilot" isə 27% səhv göstəricisi ilə diqqət çəkir.

Liderə yaxın Çin neyron şəbəkəsi "DeepSeek" 14% "halüsinasiya” ilə ikinci sıradadır. Digər göstəricilər belə olub: "Claude" 17%, "Perplexity" 13%.

Araşdırmanın müəllifləri bildirirlər ki, aşağı "halüsinasiya” səviyyəsi korporativ istifadə üçün kritik əhəmiyyət daşıyır. Statistikaya görə, ABŞ-da şirkətlərin artıq 65%-dən çoxu gündəlik işdə süni intellekt chat-botlarından istifadə edir.

"Relum" hesabatında qeyd olunur ki, AI alətlərinə asılılıq artacaq və şirkətlər öz biznes ehtiyaclarına ən uyğun və etibarlı neyron şəbəkə modellərini seçməli olacaqlar.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr