AzVision.az məktubların mətnini diqqətə çatdırır:
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanovdan:
"Doğum gününüz münasibətilə Sizə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) adından səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Biz Gürcüstanda yaşayan azərbaycanlılar Sizin qayğınızı və dəstəyinizi hər zaman hiss edir, bunu yüksək qiymətləndiririk.
Azərbaycan dövləti Sizin rəhbərliyinizlə böyük uğurlar qazanır, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir. Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi olaraq Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".
* * *
Rusiya Atıcılıq İttifaqının Qəyyumlar Şurasının sədri Vladimir Lisindən:
"Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrikliyiniz, uzaqgörənliyiniz, yorulmaz səyləriniz Azərbaycanın inkişafının etibarlı əsasını təşkil edir.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə tükənməz enerji və yeni uğurlar arzulayıram".
* * *
Qırğızıstandakı "Birlik" Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevdən:
"Sizi Qırğız Respublikasında yaşayıb fəaliyyət göstərən azərbaycanlılar adından doğum gününüz münasibətilə dərin hörmət və ehtiramla təbrik edirik.
Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə hərtərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir.
Biz, Qırğızıstanda yaşayan azərbaycanlılar əminik ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.
Cənab Prezident, Sizin həyat yolunuz təkcə dövlət məsuliyyəti deyil, bu yol həm də xalqın etimadı, ümidləri, tarixi və gələcəyidir, onun sevgisidir. Bu, çox ağır, eyni zamanda çox dəyərli bir məsuliyyətdir və Siz bunun öhdəsindən layiqincə gəlirsiniz.
Sizə doğum günü təbrikimizi çatdırmaqla yanaşı, həm də verdiyiniz dayaq hissinə, sabaha olan əminliyə və ədalətin hər zaman qalib gələcəyinə olan inama görə səmimi minnətdarlığımızı bildiririk.
Eyni zamanda, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta