
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.