AZ

Ən böyük fobiyasına belə qalib gəldi

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aparıcı Leyla Quliyeva ən böyük fobiyasına necə qalib gəldiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aparıcı hündürlük qorxusu olduğunu bildirib. O qeyd edib ki, reklam çarxına çəkilən zaman paraşütlə tullanaraq bu qorxusundan xilas olub:

"AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən - Qrız-Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... Hündürlükdən qorxuram. İki-üç fobiyamdan biridir. Maksimalist mənliyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam. Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi. Həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
axsam.az

1Mənbələr