AZ

Metronun Bənövşəyi xəttinə 5 vaqonlu qatarlar buraxılıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə Bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinə keçid edib.

"APA-Economics" “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb.

Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək.

Seçilən
26
35
apa.az

10Mənbələr