AZ

“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur

Ajans.az xəbər verir ki, ISO 500001:2018 standartının tətbiqi müəssisələrdə enerji performansının sistemli şəkildə izlənməsinə və davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır. Bu sertifikat vasitəsilə enerji resurslarından daha səmərəli istifadə, enerji xərclərinin effektiv idarə olunması və əməliyyat proseslərində optimallaşdırma təmin edilir. Eyni zamanda, ISO 500001:2018 Enerji İdarəetmə Sistemi təbii resursların qorunmasına, ətraf mühitə təsirin azaldılmasına və dayanıqlı istehsal prinsiplərinin gücləndirilməsinə xidmət edir. Bu yanaşma “Azərsun Holdinq”in dayanıqlılıq və davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. “Azərsun Holdinq” gələcək fəaliyyətində də enerji səmərəliliyinin artırılması, ekoloji məsuliyyətin gücləndirilməsi və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini prioritet istiqamət kimi davam etdirəcək.

 

Seçilən
21
14
Ajans.az

10Mənbələr