AZ

Mahirin komandası fiasko yaşayır... – nə oldu, Liberkneht?!

"Kayzerslautern”in noyabrın 8-də Almaniya 2-ci bundesliqasının 12-ci turu çərçivəsində evdə “Herta”ya qarşı keçirdiyi oyun Mahir Emreli üçün düşərli olmadı. Ona görə ki, “qırmızı iblislər”in formasını geyən həmvətənimizin adı əvvəlki 8 matçda iştirak ərizəsinə belə salınmamışdısa, bu görüşdə meydana çıxdı və cəmi 14 dəqiqə oynayandan sonra zədələndi. Ardında bəlli oldu ki, 28 yaşlı hücumçu üçün il başa çatıb.

Maraqlıdı, bəs, “Kayzerslautern” Mahirin yoxluğunda nəyə nail olub? Komanda 1-ci bundesliqaya yüksəlmək şanslarını qoruya bilibmi?

“Football-plus.az” xəbər verir ki, “qırmızı iblislər” həmin vaxtdan bəri 5 oyunda qüvvəsini sınayıb. Evdə “Holştayn” və Drezden “Dinamo”sunu, uyğun olaraq, 4:1 və 3:1 hesablarıyla məğlub edən komanda “Maqdeburq”a uduzub – 2:3. Torsten Liberknehtin yetirmələri səfər qarşılaşmalarında da uğursuzluq yaşayıb. Daha doğrusu, “Ayntraxt” (Braunşveyq) və “Arminiya”nın meydanından üzgün qayıdıb – 0:2, 0:0.

“Kayzerslautern” bu nəticələrdən sonra 27 xalla 7-ci pillədədi. Həmvətənimizin komandası lider “Şalke-04”dən 10 xal (!) geridədi. Bu o deməkdi ki, “qırmızı şeytanlar”ın yeganə problemi Mahirlə bağlı deyilmiş...

KƏNAN BAHADIR

Seçilən
12
football-plus.az

1Mənbələr