AZ

Paşinyan gecə klubundan VİDEO YAYDI

Nikol Paşinyan növbəti videosu ilə dilə-ağıza düşüb.

KONKRET.az xəbər verir ki, bu dəfə “nəşəli oğlan” divarında 8 guşəli ulduz olan gecə klubunda peyda olub.

Ermənistan Baş nazirinin musiqi dinləyə-dinləyə əlini dizinə vurduğu görüntülər onun həyatdan həzz almasına dair ilk sübut deyil. Bundan əvvəl də Nikol Paşinyanın sosial şəbəkədəki daimi izləyiciləri dazbaş, orta yaşlı kişinin oturub erməni şansonu və xalq mahnılarına, Adel, Con Lennon, fransız və rus repinə, DDT qrupuna, barokko musiqisinə, Vısotskinin qaraçı romanslarına, Zemfiraya qulaq asdığına dair videolar görüblər.

Noyabr ayında rusiyalı marketoloq Yeqor Bolkonski bildirib ki, Paşinyanın qəribə videolarının arxasında dünyanın ən böyük PR agentliklərindən biri olan, Nyu-Yorkda yerləşən “Edelman” şirkəti dayanır. (yeni sabah)

Seçilən
42
2
konkret.az

3Mənbələr