AZ

Alonsonu o əvəz edəcək

"Real Madrid"in gənclər komandasının (Kastilla) baş məşqçisi Alvaro Arbeloa klubda Xabi Alonsonu əvəzləyə biləcək əsas namizəd kimi göstərilir.

Bakıvaxtı.az xəbər verir ki, Madrid təmsilçisi kadr problemlərini həll etmək üçün qış transfer pəncərəsində fəallaşmağı nəzərdən keçirsə də, klub rəhbərliyi yanvar ayında transferlərin reallaşmasını real hesab etmir.

Qeyd olunur ki, İspaniya Super Kuboku "Real" üçün mövsümün həlledici mərhələlərindən biri ola bilər. Xabi Alonsonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdiyi üçün mümkün dəyişiklik variantı kimi Alvaro Arbeloanın adı ön plana çıxır.

Hazırda "Real Madrid" İspaniya La Liqasının turnir cədvəlində 42 xalla ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalır.

Madrid klubu İspaniya Super Kubokunun yarımfinal mərhələsində "Atletiko Madrid"lə üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də baş tutacaq.

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr