AZ

Tarıverdi Nağıyev Monteneqroda HƏYATINI İTİRİB

Ajans.az “Vijesti” nəşrinə istinadən xəbər verirki, Bijelo Polje yanğınsöndürən-xilasediciləri qəza zamanı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan Azərbaycan vətəndaşının avtomobildən çıxarılmasında iştirak ediblər. Qəza bu axşam Slijepac yaşayış məntəqəsi yaxınlığında baş verib. Bildirilir ki, 26 yaşlı Tariverdi Nağıyev idarə etdiyi “Audi A6” markalı avtomobillə hərəkətdə olarkən naməlum səbəbdən sükan arxasında nəzarəti itirib, nəticədə avtomobil yol kənarına çırpılaraq baryeri keçib. Hadisədən sonra sürücü təcili tibbi yardım vasitəsilə Bijelo Polje Xəstəxanasına çatdırılıb. Lakin “Vijesti”nin xəstəxanadan əldə etdiyi qeyri-rəsmi məlumata görə, o, tibb müəssisəsinə həyat əlamətləri olmadan gətirilib. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, aparılan ürək-ağciyər reanimasiyası tədbirlərinə baxmayaraq, gənc sürücünün həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, Bijelo Polje Xəstəxanasında növbətçi həkim mərhumun cəsədinin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsini təklif edib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Seçilən
15
Ajans.az

1Mənbələr