AZ

Yollar qardan TƏMİZLƏNİR

Ajans.az xəbər verir ki, Muğanlı–İsmayıllı–Qəbələ, Bakı–Şamaxı–Yevlax, Qusar–Xudat, Quba–Qusar, Qusar–Şahdağ, Quba–Qonaqkənd, İsmayıllı–Lahıc, Şamaxı–Çuxuryurd–Nağaraxana–Dəmirçi, Şəmkir - Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.

Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.

Seçilən
13
1
Ajans.az

2Mənbələr