AZ

Kobaxidze: Aİ Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır

Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır. Bu açıqlamanı Baş nazir İrakli Kobaxidze Yeni il öncəsi Gürcüstanın “İmedi” televiziya kanalına müsahibəsində verib. 

Xəbəri “İzvestiya.ru” yayıb. 

Baş nazir bildirib ki, “Gürcüstanla sağlam münasibətləri bərpa etmək Avropa İttifaqının maraqlarına uyğundur”.

Onun sözlərinə görə, əgər belə olmasa, məntiqi olaraq nəticəyə gəlmək olar ki, Avropa bürokratiyası suveren hərəkət etmir və bu, Avropa cəmiyyətinin maraqlarına uyğun deyil. 

O əlavə edib ki, Gürcüstan Qara dəniz vasitəsilə Mərkəzi Asiya dövlətlərini Avropa ilə birləşdirən yeganə ölkədir və geosiyasi vəziyyəti nəzərə alaraq Brüssel yeni bazarlara çıxmaqda maraqlıdır.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
20
1
xalqqazeti.az

4Mənbələr