AZ

Sumqayıtda dəhşət: avtomobil yolun ortasında alışıb kül oldu – VİDEO

Sumqayıt şəhərində avtomobil alışıb yanıb..

NOCOMMENT.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb. “Toyota Corolla” markalı minik avtomobilinda anidən yanğın başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüsə də, minik avtomobili tamamilə yararsız vəziyyətə düşüb.

Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.

Videonu təqdim edirik:

 

Seçilən
36
nocomment.az

1Mənbələr