AZ

Yeni icra başçısı köhnə köməkçisini vəzifədən azad edib

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Ceyhun İsmayılov icra başçının köməkçisi vəzifəsindən azad edilib. O, bir ay əvvəl bu posta təyinat almışdı.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi götürmüşdü.

Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla E.İbrahimov Kürdəmirin icra başçısı postundan çıxarılıb və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, Kürdəmirdə köməkçisi işləmiş Ceyhun İsmayılovu Bakıya gətirərək yenidən özünə köməkçi təyin etmişdi(yenisabah).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
4
reyting.az

5Mənbələr