AZ

Azərbaycanlı futbolçu “Spartak”a KEÇİR

“Dinamo Moskva”nın hücumçusu Ülvi Babayev “Spartak Moskva”ya transfer olunmazdan əvvəl yaxın günlərdə tibbi müayinədən keçəcək. 

Paralel.az xəbər verir ki 21 yaşlı Azərbaycan əsilli oyunçu 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. 

Jurnalist İvan Karpovun Telegram kanalında verdiyi məlumata görə, tərəflər hazırda son detalları müzakirə edirlər.
 

Mənbənin məlumatına görə, Babayev ya bu qış, ya da gələn yay sərbəst agent kimi “Spartak”a qoşulacaq.


Babayev “Dimano”nun akademiyasının yetirməsidir. Bu mövsüm hücumçu bütün yarışlarda 15 oyunda meydana çıxıb və beş qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 750 min avrodur.

Seçilən
14
3
paralel.az

4Mənbələr