Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Tələbələrin mədəniyyəti ilə bağlı rolunun artırılması məqsədilə həyata keçirilən “Keyfiyyət elçisi” proqramı çərçivəsində 19 ATM-dən 707 tələbə esse müsabiqəsində iştirak edib, 54 tələbə qalib olaraq təlim və simulyasiya mərhələlərinə dəvət olunub, dəvət olunanlarda 22-si seçilərək akkreditasiya komissiyalarının üzvü kimi sahə səfərlərinə göndərilib”.
Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə qeyd edib.
“Ekspert potensialının artırılması istiqamətində ali təhsil üzrə 66 nəfər təlimlərə cəlb edilib, onlardan 26 nəfər təlim modullarını müvəffəqiyyətlə başa vurub”.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.